12px13px15px17px
Tarix:04/09/12

“AzStarNet” internetə çıxış sürətini artırıb

“AzStarNet” şəbəkə operatoru və  internet provayder şirkəti istifadəçilər üçün ADSL texnologiyası üzrə internetə çıxış sürətini artırdığını elan edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq 20 manat ödəyərək limitsiz 2 Mbit/s sürətlə internetdən istifadə edən abunəçilərə  eyni qiymətlə 4 Mbit/s sürət təqdim ediləcək.

Bununla yanaşı, 6 Mbit/s sürətlə internetə qoşulma xidmətləri artıq 30 manat tarifi ilə həyata keçiriləcək.
Hazırda 8 və 10  Mbit/s sürətlə internetə qoşulan istifadəçilər müvafiq olaraq 40 və 60 AZN ödəyəcəklər.
Eyni zamanda, şirkət  12 Mbit/s sürətlə internetə qoşulmanın 100 manata və 16 Mbit/s sürətlə internetə qoşulmanın isə 150 manata təqdim edilməsini nəzərdə tutur.

Həmçinin, şirkət əvvəlcədən 3 və ya 6 aylıq  ödəniş aparan abunəçilər üçün tariflərdə təqribən 15-20% güzəşt tətbiq edir.


 
CAHANGİR




Baxış sayı: 1493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024