12px13px15px17px
Tarix:04/09/12

“Alma Store” müəllim və tələbələr üçün kampaniya elan edib

“Apple” şirkətinin Azərbaycanda rəsmi biznes tərəfdaşı və satış mərkəzi olan “Alma Store” tədris ilinin başlanması ilə əlaqədar olaraq yeni kampaniyaya start verir.

“ICTnews” elektron xəbər xidmətinin “Alma Store”-a istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində  müəllim və tələbələr şirkətin mağazalarından “Mac” kompyuteri alarkən 150 manatlıq aksesuar hədiyyə çeki əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün tələbə bileti və ya müəllim vəsiqəsini təqdim etmək tələb olunur. Sözügedən kampaniya sentyabr ayının 30-dək davam edəcək.







CAHANGİR




Baxış sayı: 2248

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024