12px13px15px17px
Tarix:04/09/12

Xüsusi kompyuter proqramları imtahanda köçürənləri üzə çıxarıb

Cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 20 nəfərin köçürməyə yol verdikləri aşkarlanıb, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

 “ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu  üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 10404 plan yerinə 35682 abituriyent sənəd vermişdi.  Onlardan 34415 nəfəri imtahanda iştirak edib, 1192 abituriyent imtahana gəlməyib: “Nəticələr sentyabrın 4-də saat 13:30-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

 Abituriyentlərdən 55  nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv olunub. Abituriyentlərdən 10215 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olanlar sentyabrın 5-dən 14-dək, şənbə və bazar günləri istisna olmaqla, sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək”. 

Qeyd edək ki, TQDK sözügedən imtahanı sentyabrın  2-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib. 
 
HƏQİQƏT




Baxış sayı: 1405

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024