12px13px15px17px
Tarix:04/09/12

“Nar Mobile” London Paralimpiya Oyunlarında medal qazanan idmançılarımızı təbrik edib

"Nar Mobile"-ın kommunikasiya tərəfdaşı olduğu Milli Olimpiya və Paralimpiya yığmamızın üzvü, idmançımız Natali Pronina 200 m. kompleks üzgüçülük üzrə keçirilən yarışlarda iştirak edərək yarışların gümüş mükafatçısı oldu. Bundan əvvəl isə yüngül atletimiz Hüseyn Həsənov uzunluğa tullanma üzrə yarışlarda da Paralimpianın bürünc medalına sahib olub.
 
Paralimpiya Oyunlarında idmançılarımız ilk qələbələrini məhz qızıl medal ilə qazandılar. Bu uğurlu başlangıcın davamı olaraq növbəti qələbə və yeni medallar əldə edildi. "Nar Mobile" şirkəti də bu qələbə sevincini bütün Azərbaycan xalqı ilə bölüşür və Azərbaycanı təmsil edən hər bir idmançımız ilə fəxr etdiyini bildirir.
 
Qeyd edək ki, bir müddət əvvəl start götürmüş London Paralimpiya Oyunlarında Azərbaycan iki qızıl, bir gümüş və iki bürünc medal ilə 29-cu yerdə qərarlaşıb.




Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024