12px13px15px17px
Tarix:05/09/12

Səhiyyənin elektronlaşdırılması çərçivəsində növbəti seminar keçirilib

Yeniyetmələrin profilaktik müayinələri, dispanserizasiyası və sağlamlaşdırıcı tədbirlər barədə məlumatların "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nə daxil edilməsi üçün proqram təminatı modulu ilə işləyən respublikanın dövlət tibb müəssisələrinin əməkdaşları üçün növbəti təlimlərə 27 avqust 2012-ci il tarixindən start verilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin məlumatında deyilir.

Təlimlər cari il, 7 sentyabr tarixinə kimi davam edəcək. Bu təlimlərdə əsas məqsəd "Yeniyetmələrin Dispanserizasiyası" altsisteminin proqram təminatı modulu üzrə yeniyetmə həkimlərinə və uşaq poliklinikaları operatorlarına bilgilərin verilməsidir.

Təlimlərdə 61 rayondan 83 müəssisənin əməkdaşlarının iştirakı planlaşdırılır. Təlimləri Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Treninq və monitorinq bölməsinin müdiri Emin İsmayılov və həmin bölmənin mütəxəssisi Leyla Cumayeva keçirir.


CAHANGİR




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024