12px13px15px17px
Tarix:05/09/12

Prezident Administrasiyasında elektron sənəd dövriyyəsinin təşkili sektoru yaradılır

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında  elektron sənəd dövriyyəsinin təşkili sektoru yaradılır. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

“ICTnews” elektron xəbər xidmətinin Prezidentin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə,  sərəncama əsasən, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nun “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” hissəsində “Dəftərxana (sektor hüququnda)” bəndindən sonra aşağıdakı məzmunda bənd əlavə edilir:
“Elektron sənəd dövriyyəsinin təşkili sektoru
 Ştat vahidi - 5”.



 
CAHANGİR




Baxış sayı: 1369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024