12px13px15px17px
Tarix:06/09/12

Estoniya məktəbliləri altı yaşdan etibarən proqramlaşdırma ilə məşğul olacaqlar

Estoniyanın Təhsil Nazirliyi yerli “Tiger Leap Foundation” qeyri-kommersiya təşkilatı ilə birgə yeni təhsil təşəbbüsünü açıqlayıb: ölkənin bütün məktəbliləri məcburi surətdə proqramlaşdırma dərslərinə gedəcəklər. Beləliklə, Tallin proqramlaşdırmanın əsaslarını 6 yaşından öyrətmək niyyətindədir.

 “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni təhsil proqramı “Proge Tiiger” adlanır və Baltikyanı ölkə əhalisi arasında "dərin texniki bacarıqlar”ın populyarlaşmasına istiqamətlənib. Layihənin təşəbbüskarları bildirirlər ki, müasir Estoniya – bu, “Skype”, “Playtech” kimi şirkətlərin və çoxlu İT startapların vətənidir.

“Tiger Leap Foundation” qeyri-kommersiya təşkilatından verilən məlumata görə, proqram Tallin məktəblərində artıq sentyabrdan işə salınıb və bundan sonra daha geniş yayılacaq. Fondun koordinatoru Ava Laurinqsonun sözlərinə görə, proqramlaşdırma Estoniya məktəblərində əvvəl fakültativ idi, hazırda isə ümumi təhsil predmetinə çevrilir.

"Biz bu proqramı işə salmağa qərar verdik, çünki artıq bu gün bir çox Estoniya şirkətləri ölkədə ixtisaslaşdırılmış yaradıcılar tapa bilmir. Yeni proqramın məqsədi Estoniyanı İT texnologiyaların keyfiyyət və populyarlığına görə Şərqi Avropada birinci yerə çıxartmaqdır" - Laurinqson bildirib.
 
EMİL




Baxış sayı: 1350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024