12px13px15px17px
Tarix:06/09/12

“Nokia” şirkətinin yeni smartfonunu adaptersiz də enerji ilə yükləmək mümkündür

“Nokia” şirkəti sentyabrın 5-də “Lumia 920” smartfonunu təqdim edib. Aparat “Windows Phone 8” (WP8) əsasında işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, telefonu enerji ilə doldurmaq üçün onu naqilli adapterə qoşmaq mütləq deyil. Əgər aparatı xüsusi səthə qoysaq, o, enerji ilə yüklənməyə başlayacaq.

“Lumia 920” smartfonunda “PureView” texnologiyası reallaşdırılıb. “Nokia” şirkəti iddia edir ki, onun sayəsində lazımi işıqlanma dərəcəsi olmayan şəraitdə belə keyfiyyətli fotolar çəkmək olar. Sabitləşmə funksiyası videoçəkiliş zamanı "titrəyən təsvir"lərin qarşısını almağa imkan verir.
Smartfonun ekranı ona hətta əlcəklə belə sıxdıqda reaksiya verir.

“Lumia 920” aparatı 1,5 QHs takt tezliyində işləyən “Snapdragon S4” ikinüvəli prosessoru ilə təchiz edilib. Daxili kamera üçün optikanı “Carl Zeiss” şirkəti hazırlayıb. Ekranın diaqonalı 4,5 düym, fotomatrisin təsvir ölçüsü 8,7 meqapiksel təşkil edir.

EMİL




Baxış sayı: 1456

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024