12px13px15px17px
Tarix:06/09/12

Azərbaycan və Gürcüstan beynəlxalq yerüstü poçt mübadiləsinə başlayıb

Azərbaycan və Gürcüstan milli poçt operatorları arasında bağlanan müqaviləyə  əsasən, iki ölkə arasında beynəlxalq yerüstü poçt mübadiləsi “Sınıq körpü” sərhəd keçid məntəqəsində müvəffəqiyyətlə həyata keçirilib. Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, mübadilə Azərbaycan və Gürcüstan Respublikalarının İqtisadiyyat üzrə Hökumətlərarası Komissiyasının qərarına və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tapşırığına əsasən baş tutub. Müqaviləyə əsasən, mübadilə həftədə iki dəfə aparılacaq.

Qeyd edək ki, Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC indiyədək yalnız İran İslam Respublikası ilə beynəlxalq yerüstü poçt mübadiləsini həyata keçirirdi.





RƏVAN




Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024