12px13px15px17px
Tarix:06/09/12

“Motorola Mobility” 3 smartfonu birdən təqdim edib

“Google”-un filialı olan “Motorola Mobility” Amerika bazarı üçün istiqamətlənmiş və Amerikanın “Verizon Wireless” mobil operatoru ilə əməkdaşlıq çərçivəsində satılan üç ədəd yeni “Android” smartfon təqdim edib.

“Razr” seriyasından olan yeni nəsil aparatlar arasında büdcəyə uyğun 99 dollarlıq model, həmçinin bütün səthi sensor ekran formasında hazırlanmış model mövcuddur. Sonuncu yenilik “Samsung Galaxy S III”, həmçinin gələcək “Apple iPhone 5” smartfonunun rəqibi kimi qiymətləndirilir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Motorola”nın təqdimatında 4,3 düymlü sensor ekranla təchiz edilmiş “Razr M” aparatına daha çox diqqət ayrılıb. Bu smartfon 1,5 QHs takt tezliyində işləyən ikinüvəli “ARM” prosessor, həmçinin 8 meqapikselli kamera ilə təchiz edilib. ABŞ-da “Verizon” operatoru ilə 2 illik müqavilə çərçivəsində onun qiyməti 99 dollar təşkil edəcək.

Şirkət “Razr M”-dən savayı, həmçinin “Razr HD” və “Razr Maxx HD” modellərini də təqdim edib. Bu modellərdə avtonom iş müddəti daha da təkmilləşdirilib və onlar yüksək təsvir ölçüsünə malik 4,7 düymlü sensor ekranla təchiz edilib. Hər üç telefon Amerikanın ən böyük “Verizon Wireless” mobil operatoru vasitəsilə əlçatandır. “Motorola” şirkəti bu smartfonların ABŞ-dan kənarda satılıb-satılmayacağı haqqında məlumat verməyib.
 
EMİL




Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024