12px13px15px17px
Tarix:06/09/12

“Azərkosmos” ASC-nin əməkdaşları Almaniyada təlimdə olublar

“Azərkosmos” ASC-nin əməkdaşları Almaniyanın Berlin şəhərində “Peyk mühəndisliyi” mövzusunda keçirilən təlimdə iştirak ediblər. “İCTnews” xəbər verir ki, təlimdə “Azərkosmos” ASC-nin mütəxəssisləri kosmik missiyalar və peyk layihələrinin idarə olunması, peyk mühəndisliyi və peyklərin idarə edilməsi, peyk rabitə sistemləri, orbital mexanika, yerüstü stansiya şəbəkəsi, peyk sistemləri və təsisatlarının sınaq prosesi kimi bir sıra mühüm mövzularda konseptual biliklərə, həmçinin peyk mühəndisliyi üçün tələb olunan praktik bacarıqlara yiyələniblər. 

Sözügedən təlim Almaniyanın Kosmik Texnologiyalar və Mühəndislik təşkilatı tərəfindən  təşkil olunmuş və Azərbaycan kimi kosmik fəaliyyətə yeni başlayan bir sıra ölkələrin mütəxəssisləri üçün nəzərdə tutulub.
  
Təlim müddətində iştirakçılar Almaniyada, Neusterlitz şəhərində yerləşən məsafədən zondlama peykləri üzrə yerüstü idarəetmə stansiyasında, eyni zamanda peyk platformalarının yığıldığı laboratoriyada da olmuş, yerüstü stansiyanın iş mexanizmi və peyk platformalarının sınaq prosesləri ilə yaxından tanış olublar.

RƏVAN




Baxış sayı: 973

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024