12px13px15px17px
Tarix:07/09/12

Avtomobildən baha televizor

“Sony” şirkəti 4K (3840×2160 piksel) təsvir ölçülü 84 düymlü  ekranla təchiz edilmiş “XBR-84X900” televizoruna ilkin sifarişləri qəbul etməyə başlayıb. Modelin tədarükləri noyabrda başlanacaq. “Sony”-nin Amerika internet mağazasında bu televizorun qiyməti 25 min dollar təşkil edir. Bu isə yeni avtomobilin orta qiymətindən bahadır.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “IFA 2012” sərgisində “XBR-84X900” televizorunun təqdimatı zamanı Yaponiya korporasiyasının direktoru Kazuo Hirai bildirib ki, televizor o qədər keyfiyyətli təsvir əks etdirir ki, tamaşaçılar ona əllə toxunmaq istəyirlər.

Qurğu 10 dinamikdən ibarət akustik sistemlə təchiz edilib. Televizor stereoskopik təsviri əks etdirə bilir, lakin ona baxmaq üçün xüsusi eynək lazım olacaq.



 
EMİL




Baxış sayı: 1370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024