12px13px15px17px
Tarix:07/09/12

Səhiyyə Nazirliyində sənədlərin internet vasitəsilə elektron qəbulu üzrə konsultativ yardım göstərilir

Səhiyyə Nazirliyində hər həftənin çərşənbə günləri ərizələrin və tələb olunan sənədlərin internet vasitəsilə elektron qəbulu üzrə konsultativ yardım göstərilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli fərmanına əsasən, tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsilə də həyata keçirilir.

Qeyd edək ki, nazirlik tərəfindən göstərilməsi nəzərdə tutulan elektron xidmətlərə “Vətəndaşların elektron sağlamlıq kartındakı məlumatların əldə edilməsi”, “Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olması və aldığı dərmanlar barədə məlumatların əldə edilməsi”, “Obliqat qruplara aid vətəndaşların müayinələrdən keçmələri barədə məlumat əldə edilməsi”, “Müəssisə rəhbərləri tərəfindən obliqat qrupuna daxil olan işçilər barədə məlumat əldə edilməsi”, “Tibb müəssisələri barədə elektron məlumat soraqçası”, “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün e-müraciət” daxildir.

Bundan başqa, elektron xidmətlər sırasında “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün e-müraciət”, “Dərman vasitələri haqqında məlumat əldə edilməsi”, “İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi”, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” da var.
 
HƏQİQƏT




Baxış sayı: 1359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024