12px13px15px17px
Tarix:08/09/12

70 min kompyuterdən ibarət botnetin yaradıcısı azadlıqdan məhrum edilib

Kolumbiya dairəsinin dairə hakimi Lambert Roys sentyabrın 6-da Arizona ştatının 30 yaşlı sakini Coşua Şixtel 70 min kompyuterdən ibarət botnet yaratdığı üçün 2.5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında yazılıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Şixtel kompyuterləri virusa sifarişlə yoluxdurub və botnetlərin idarə etməsini alıcılara verib. Hakerin "qurban"ı olmuş istifadəçilərin sayı naməlumdur. O, yalnız bir cinayəti etiraf edib: 1500 dollara təxminən 72 min kompyuterdən ibarət botnet yaradıb.

Hakerlər botnet yaratmaq üçün xeyli sayda kompyuteri virusa  yoluxdururlar. Troyan uzaqda yerləşmiş serverdən əmr gözləyir və təyin edilmiş hərəkətləri yerinə yetirir. Botnetlər tez-tez saytlara "DDoS" hücumların təşkili üçün istifadə olunur.

 
EMİL




Baxış sayı: 418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 May 2024

30 04 2024