12px13px15px17px
Tarix:10/09/12

“SAZZ 4G” “Wi-Fi” mərkəzinin qiymətini endirib

“SAZZ 4G” İnternet “IX 350 WiMax Wi-Fi” mərkəzinin qiymətinə endirim tətbiq edib. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, əvvəllər 160 manat dəyərində olan bu modem hazırda 110 manata istifadəçilərə təqdim olunur.

Məlumat üçün bildirək ki,  “IX350 WiMAX Wi-Fi” mərkəzi internetə kollektiv girişi təmin edən çoxfunksiyalı stasionar modemdir. Bu modem evdə və ya iş yerində “SAZZ” internetə bağlanıb “Wi-Fi” şəbəkəsi yaradır və beləliklə maksimal yükləmə sürəti 10 Мb/s ilə genişzolaqlı internetə daxil olmaq imkanını yaradır.

“WiMAX Wi-Fi” mərkəzinin daxili “Wi-Fi” modulu və 4 LAN/Ethernet portu olduğundan əlavə heç bir qurğuya ehtiyac olmadan ev şəraitində həm “Wi-Fi”, həmçinin də kabel şəbəkəsi yaratmaq mümkündür.




CAHANGİR




Baxış sayı: 1356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024