12px13px15px17px
Tarix:10/09/12

“Azercell” "Baku TechTalks" layihəsinə dəstək oldu

“Azercell Telekom” Azərbaycanda daha bir yeni layihəyə dəstək olur. Şirkət “Barama” İnnovasiya Mərkəzi və “Baku Google Developers Group” tərəfindən mobil proqramçıların təcrübə mübadiləsinə yönəlik "Baku TechTalks" layihəsinin icrasına dəstək olub.

Bu barədə “İCTnews”-a şirkətdən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunur ki, “Baku TechTalks” proqramının əsas məqsədi informasiya texnologiyaları sahəsində maraqlı və faydalı məlumatların gənclərə çatdırılmasıdır.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində  ilk tədbirlər avqustun 4-ü və sentyabrın 2-də “Mobile App Talks” və "Startup Talks" mövzularında keçirilib. Sözügedən tədbirlərdə biznes, informasiya və kommunikasiya texnologiyaları sahəsinin mütəxəssisləri təqdimatla çıxış ediblər.

Növbəti tədbir isə həftəsonu sentyabrın 9-da baş tutub. Bu dəfə layihə iştirakçıları "Web Talks" mövzusunda müzakirələr aparıblar. Bu sahə üzrə  çalışan  tanınmış mütəxəssislər və “Azercell” şirkətinin İKT departamentinin əməkdaşları yeni texnologiyalara dair təcrübələrini gənc proqramçılar ilə paylaşıblar.

Tədbirdə proqramçı Adil Əliyev “HTTP”, “webserver”, “CGI” mövzuları əsasında təqdimatla çıxış edib. Bundan əlavə “Ruby” (ROR) proqramlaşdırma dili haqqında proqramçı Elvin Əfəndiyev və “Cloud” texnologiyaları haqqında Turan Rüstəmli öz fikirlərini paylaşıblar. Tədbir zamanı Azərbaycanda “Cloud” texnologiyalarının tətbiq sahələri haqqında maraqlı fikirlər səsləndirilib.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçiləri “Mobiz.az”,  “İnfoCity” jurnalı və “Target Magazine” onlayn jurnaldır.


RƏVAN




Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024