12px13px15px17px
Tarix:19/07/11

“Google” şirkəti birhərfli domen alıb

“Google” şirkəti birhərfli “G.co” domenini alıb. İnternet şirkəti bu domeni gələcəkdə şəxsi layihələri çərçivəsində URL ixtisar sistemi üçün istifadə etmək niyyətindədir.
“Google” “G.co” domenindən şəxsi layihələrində qısa URL nişanların yaradılması üçün istifadə etməyi planlaşdırır. Bu, bir xəbərin uzunluğuna məhdudiyyət olan sosial şəbəkə və mikrobloq xidmətlərində istifadəçi bağlantılarını asanlıqla yaymağa icazə verəcək. "Biz “G.co” domenindən istifadəçiləri yalnız “Google”-a məxsus səhifələrə yönəltmək üçün istifadə edəcəyik. “G.co” URL nişanları yalnız “Google” xidmətləri tərəfindən yaradılacaq. Başqa sözlə, bu domen “Google”-un daxili mexanizmi olacaq və onunla işləyərkən arxayın olmaq olar ", - “Google”-dan bildiriblər.
Birhərfli “G.co” domeninin alınması ilə bağlı sazişin dəyəri bilinmir. Ancaq Kolumbiya domen zonasının registratoru “İnternet SAS” şirkəti sazişin qiymətinin baha olduğu qənaətindədir. Məlumat üçün bildirək ki, bundan əvvəl “Overstock O.co” 350 000 dollara domenini alıb, “Amazon A.co”, “Z.co”, “K.co”, həmçinin “Cloud.co” domenlərini alıb. “Twitter” mikrobloq şəbəkəsi “T.co”domenini alıb.
Əvvəlcə “.co” domeni Kolumbiya hökuməti tərəfindən idarə edilirdi və praktik olaraq inkişaf etmirdi. 2010-cu ildə Kolumbiya hakimiyyəti “.co” domenini “İnternet SAS” şirkətinin idarəsinə verib. Şirkətə bu zonanın kommersiyalaşması proqramı tapşırılmışdı. Bu yaxınlarda şirkət bildirib ki, “.co” zonasında milyondan çox domen adı qeydə alınıb.


cybersecurity.ru



Baxış sayı: 1099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024