12px13px15px17px
Tarix:11/09/12

“Facebook”un həmtəsisçisi öz səhm paketini satır

"Facebook” sosial şəbəkəsinin həmtəsisçisi şirkətin ona məxsus səhm paketindən aktiv şəkildə qurtulur. Datin Moskovis ötən həftənin sonunda 5,7 milyon səhmini təxminən 110 milyon dollara satıb. "Hazırda mənim mülkiyyətimdə hələ 126 milyon səhm var" – o, jurnalistlərə bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Datin Moskovis və Mark Sukerberq “Facebook” sosial şəbəkəsini 2004-cü ildə yaradıblar. Moskovis 4 ildən sonra kompyuter texnologiyaları sahəsində öz biznesini quraraq şirkəti tərk edib.

Qeyd edək ki, "Facebook" şirkəti səhmlərini birjaya mayın 18-də çıxarmışdı. Bir səhmin qiyməti 38 dollar səviyyəsində təyin edilmişdi. 3 ay yarım ərzində səhmlərin kotirovkası iki dəfədən çox azalıb.




EMİL




Baxış sayı: 422

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 May 2024

30 04 2024