12px13px15px17px
Tarix:11/09/12

“YouTube” “iPhone” smartfonu üçün tətbiq istifadəyə verib

“App Store” internet-mağazasında “iPhone” smartfonları və “iPod Touch” pleyerləri üçün “YouTube” videohostinqinin tətbiqi yerləşdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proqramı “Google” şirkəti yaradıb. “YouTube” tətbiqi 2007-ci ildən etibarən “iPhone” smartfonuna əvvəlcədən quraşdırılırdı, lakin onun istehsalçısı “Apple” idi.

“Apple” 2012-ci ildə “YouTube” tətbiqini “iOS” platformasından çıxartmaqla bağlı qərar qəbul etdi, buna görə də “Google” öz proqramını istifadəyə verdi.“YouTube” tətbiqi pulsuz yayılır və xeyli dildə əlçatandır.

Yeni “YouTube” tətbiqi imkanlarına görə əvvəlkini üstələyir.Proqramın istifadəçisi xoşuna gəldiyi çarxı “Facebook”, “Twitter”  və “Google+”-da paylaşa bilər. Bundan sonra “YouTube”-un “iPad” planşet kompyuteri üçün tətbiqi istifadəyə veriləcək.


EMİL




Baxış sayı: 1359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024