12px13px15px17px
Tarix:11/09/12

“Western Digital” qalınlığı 5 millimetr olan sərt disk hazırlayıb

"Western Digital" (WD) şirkəti dünyada ən nazik sərt disk hazırladığını elan edib. Dərc edilmiş press-relizdə bildirilib ki, 2,5 düym form-faktora və 500 QB tutuma malik yeni sərt diskin qalınlığı cəmisi 5 millimetr təşkil edir. Sərt disk hibrid texnologiya tətbiqi ilə hazırlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, noutbuklar üçün standart sərt diskin qalınlığı 9.5 mm təşkil edir. "WD" şirkəti cari il çeşidinə 7 mm-lik HDD daxil edib. Lakin yeni sərt disklər daha yığcamlığı ilə seçilir.

Təəssüf ki, "WD" şirkəti hələ ki həddindən artıq nazik sərt diskinin texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verməyib, yalnız bu vinçesterlərin nümunələrinin tədarükünə başladığını bildirib. Qalınlığı 5 mm olan sərt diskin digər xüsusiyyətlərinin sentyabrın 13-də, investorlarla görüş zamanı məlum olacağı güman edilir.



EMİL




Baxış sayı: 2173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024