12px13px15px17px
Tarix:11/09/12

“CİNeration”a qoşul, bonus qazan!

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “CİNeration” abunəçiləri üçün yeni kampaniyaya start verib.

“CİNeration”a Xoş Gəlmisən” adlanan kampaniya çərçivəsində 11 sentyabr 2012-ci il tarixindən cari ilin sonuna kimi “Bakcell” nömrəsi əldə edib “CİNeration” tarifinə qoşulan hər bir yeni abunəçi xüsusi bonuslar əldə edəcək.

Hər ay pulsuz 100 dəqiqə və 1000 SMS-dən ibarət olan bonus paketi yalnız yeni “CİNeration” istifadəçilərinə şamil olunacaq.

Bonusu almaq üçün sadəcə minimal dəyəri 2 AZN olan danışıq kartını yükləyin və təqvim ayının sonuna qədər bu fürsətdən yararlanın.

Kampaniya boyunca “SevimliCIN”, “QoshaCİN” və “DogmaCİN” tariflərindən istəniləni aktivləşdirən və aktivasiya günü “CİNeration”a keçən istifadəçilər də bonuslardan eyni qaydada yararlana biləcəklər. Bu qayda yalnız qeyd olunan tarif istifadəçilərini əhatə edir və digər “CİN” paketlərinin abunəçilərinə şamil olunmur.




Baxış sayı: 2690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024