12px13px15px17px
Tarix:12/09/12

Nəqliyyat vasitəsində gömrükdən gizlədilən mobil telefonlar aşkarlanıb

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Niyaz Qurbanovun idarə etdiyi "QAZ-31029" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş 150 ədəd "C10" markalı, 49 ədəd "Nokia 101" markalı və 176 ədəd "X202" markalı mobil telefonlar aşkar edilib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, "Sınıq Körpü" gömrük postunda buna oxşar daha bir hal qeydə alınıb.

Belə ki, Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Aleks Zirakaşvilinin idarə etdiyi "İJ 27156" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, döşəmənin üstündə qaynaq ilə bərkidilmiş halda dəmir örtük aşkarlanıb: "Həmin örtüyün altından isə müxtəlif markalı, cəmi 383 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 347 ədəd qidalandırma cihazı, 349 ədəd akkumulyator, 349 ədəd karton qutu və 359 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb".



HƏQİQƏT




Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024