12px13px15px17px
Tarix:12/09/12

“Google Drive”-in smartfonlar üçün yeni versiyası istifadəyə verilib

“Google” şirkəti “Google Drive” fayl mübadilə xidmətinin “iOS” və “Android” qurğular üçün tətbiqini yeniləyib. Yenilənmiş tətbiqə  sənədlərin redaktəsi funksiyası əlavə edilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Google Drive” – bu, şirkətin 2012-ci ilin aprelində istifadəyə verdiyi "bulud" xidmətidir. Bu xidmət vasitəsilə uzaqda yerləşən sərt diskə pulsuz olaraq 5 qiqabaytadək məlumat yükləmək və onları fərdi kompyuter, smartfon və planşetlər arasında sinxronlaşdırmaq olar. Diskdə istənilən faylı (video, musiqi, foto, PDF və sairə) saxlamaq mümkündür. 2,5 dollar ödəməklə diskin tutumunu 25 QB-dək artırmaq olar.

“iOS” platforması üçün “Google Drive 1.01” versiyası yeni sənədlər yaratmağa, bundan sonra onları “Google Docs”-da redaktə etməyə imkan verir.“Android” üçün diskdə bu funksiyalar hələ proqramın çıxarılması anından mövcud idi.
 


EMİL




Baxış sayı: 1269

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024