12px13px15px17px
Tarix:12/09/12

İstifadəçilərin yüklədiyi 10 mobil tətbiqin 9-u pulsuzdur

"Gartner" tədqiqat şirkətinin məlumatına əsasən, istifadəçilərin yüklədiyi 10 mobil tətbiqin 9-u pulsuzdur. Eyni zamanda, pullu tətbiqlərin əksəriyyəti isə 3 dollardan baha deyil. Hesabatda, həmçinin bildirilir ki, 2012-ci ildə istifadəçilər mobil qurğularına təxminən 45,6 milyard mobil tətbiq yükləyəcəklər ki,  onların 40,1 milyonu pulsuz, 5,5 milyonu isə pullu mobil tətbiq olacaq. Pullu mobil tətbiqlərin təxminən 90 faizinin satış qiyməti 3 dollardan baha olmayacaq.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, tədqiqat şirkəti bu cür trendin ən azı 4 il davam edəcəyini gözləyir.

"Apple App Store" internet-kataloqu hazırda mobil tətbiqlərin ən böyük yayıcısıdır. 2012-ci ildə bütün mobil tətbiqlərin təxminən 21 faizi bu internet-kataloqdan yüklənəcək. Bu göstərici 2011-ci illə müqayisədə 74 faiz daha çoxdur. Qeyd edək ki, "Apple App Store"-nin bütün digər mobil kataloqlar arasındakı payı 25 faiz təşkil edir.
 
EMİL




Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024