12px13px15px17px
Tarix:13/09/12

Bakıda 800 minə yaxın telefon abunəçisi var

Hal-hazırda Bakıda telefon abunəçilərinin sayı 800 minə yaxınlaşır. Bu  barədə “ICTnews” elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Rəsul Qurbanov məlumat verib.

Abunəçilərin sayının 1 milyona çatdırılması istiqamətində siyasətin davam etdirildiyini bildirən texniki direktor qeyd edib ki, paytaxtın mərkəzi hissəsinə xidmət edən Xətai Telefon Qovşağının xidmət ərazisində, EATS-412-də 640 portluq ZTE tipli ADSL avadanlığı qurulub.

İşlərin tərkib hissəsi olaraq  EATS-411-də 576 portluq “Zuxel” 348 portluq ZTE tipli ADSL avadanlıqla, EATS 440/441-də 640 nömrəlik  köhnə buraxılışlı “Huawei” tipli stansiya 3056 nömrəlik NGN tipli stansiya ilə əvəzlənərək ətrafda olan 6 abunəçi şkafı ləğv edilərək rabitə onun üzərinə köçürülüb. Bundan başqa EATS 566/567-də stansiyadan  5 kilometr uzaqlıqda olan şkafların abunəçiləri “Samary-x” tipli 2 ədəd 384 portluq (bütün abunəçilərin ADSL-lə təmin edilmə imkanlığı olan) “ONU” avadanlığının üzərinə köçürülüb.


RƏVAN




Baxış sayı: 1249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024