12px13px15px17px
Tarix:13/09/12

“Ultel” MMC-nin ödənişlərini saytda həyata keçirmək imkanı yaradılıb

“DəmirBank”ın internet saytında və filiallarında artıq “Ultel” stasionar telefon (490, 496, 424, 465, 436, 480 ilə başlanan nömrələr) və “Ultel” ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür. “ICTnews” elektron xəbər xidməti bu barədə banka istinadən məlumat verir.

“DəmirBank”ın plastik kart sahibləri “BillPay” onlayn ödəniş xidməti vasitəsi ilə “https://billpay.demirbank.az/” internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və “Kabel” TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

Onlayn ödənişlər “VISA” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə banka 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

“DəmirBank” eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, “Kabel” TV və DYP cərimələrinin ödənişlərini təklif edir.
“DəmirBank”ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya “http://www.demirbank.az/?/az/ordercard/” səhifəsində onlayn qaydada sifariş etmək olar.

CAHANGİR




Baxış sayı: 1367

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024