12px13px15px17px
Tarix:18/09/12

Builki “Pan-REC” konfransı 20-21 sentyabrda Rusiyanın Yaroslav şəhərində keçiriləcək

Elmi tədqiqat mərkəzlərinin növbəti Beynəlxalq “Pan-REC” konfransı 20-21 sentyabr 2012-ci il tarixlərində Rusiyanın Yaroslav şəhərində keçiriləcək. Hər il keçirilən “Pan-REC” konfransında “CRDF Global”-ın (Qrantlar, texniki resurslar, təlim və treninq xidmətləri vasitəsilə beynəlxalq elmi və texniki əməkdaşlığı dəstəkləyən qeyri-kommersiya tipli müstəqil təşkilat) Əsas Tədqiqat və Ali Təhsil (BRHE) proqramı və onun 20 tədqiqat və təhsil mərkəzinin (TTM) birillik hesabatları təqdim ediləcək, mərkəzlər elmi tədqiqat və təcrübələrini paylaşacaqlar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, “Pan-REC” konfransına dəvət edilənlər sırasına bütün 20 tədqiqat və təhsil mərkəzinin, “CRDF Global”-ın, “Yeni Avrasiya” Fondunun, “Skolkova” Fondunun və “Con D. və Katerin T.MacArthur” Fondunun nümayəndələri daxildir: “Bu sonuncu “Pan-REC” konfransı olduğu üçün “CRDF Global”-ın şəxsi heyəti “BRHE Governing Council”-in keçmiş üzvlərini də dəvət etmək niyyətindədir”. EİM-dən vurğulanıb ki, konfransda iştirak yalnız dəvətnamə ilədir.

Onu da qeyd edək ki, Elmi İnnovasiyalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycanda elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların toplanması və məlumat bazasının yaradılmasıdır.

Bundan başqa, EİM-in əsas vəzifələrinə elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovasiyalarının öyrənilməsi, informasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq əlaqələr yaratmaq və inkişaf etdirmək, elmi-texniki nailiyyətlər sahəsində informasiya və təcrübə mübadiləsini təşkil etmək və aparmaq, respublikada elmin inkişaf istiqamətlərinin, elmi-tədqiqat işlərinin, innovasiya layihələrinin, elmi kadr potensialının ekspertizası, təhlili və proqnozlaşdırılması, marketinqin aparılması, müxtəlif elm sahələri üzrə ümumiləşdirilmiş fondların yaradılması və yayılması, respublikada və xaricdə elm və innovasiya nailiyyətlərinə həsr edilmiş ənənəvi və “elektron” dövri elmi-praktiki nəşrlərin hazırlanması, buraxılışı və yayılması, respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması və s. daxildir.


HƏQİQƏT




Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2019

20 09 2019

20/09/19
2020-ci ildə “5G”-smartfonların qlobal tədarükü 260 milyona yaxınlaşacaq

Tayvanın “Market Intelligence & Consulting Institute” şirkətinin analitiklərinin proqnozuna 

20/09/19
“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda

20/09/19
Yapon alimləri ehtimala əsaslanan ilk kompüter təqdim ediblər

Yaponiyanın Toxoku və ABŞ-ın Perdyu universitetlərinin  mühəndisləri 

20/09/19
"Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC 

20/09/19
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

“Facebook” şirkəti televizordan “Messenger” və “WhatsApp” proqramları 

20/09/19
“KaiOS” platformalı mobil telefonların tədarükü 65 faiz artacaq

“Digitimes Research” tədqiqat şirkəti 2019-cu ildə “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 

20/09/19
“WannaCry” virusunun versiyaları durmadan artır

 “WannaCry” fırıldaqçı virusunun yayılmasından iki il ötməsinə baxmayaraq o aktiv olmaqla yanaşı

20/09/19
“Huawei Mate 30” smartfonu nümayiş olunub

Çinin “Huawei” şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl “Mate 30” smartfonunu nümayiş etdir