12px13px15px17px
Tarix:18/09/12

İnternet nəhəngi foto tətbiqi istehsalçısını satın alıb

“Google” internet-şirkəti “Nik Software” firmasını (fotoların emalı üçün populyar “Snapseed” tətbiqin müəllifi) satın alıb. Bu barədə “Nik Software”-nin saytında bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti açıqlanmır. “Nik Software”-nin əsas hazırlamalarından biri “Snapseed” tətbiqidir. Bu tətbiq fotoları emal etməyə, onlarda müxtəlif filtrlər qoymağa, bundan sonra onları saxlamağa, sosial şəbəkələrdə dərc etməyə imkan verir.

“Snapseed” tətbiqinin yalnız “iPad” planşeti üçün nəzərdə tutulmuş birinci versiyası 2011-ci ilin iyununda istifadəyə verilmişdi. Sonralar istehsalçı tətbiqin “iPhone” smartfonu, həmçinin “Mac OS” və “Windows” əməliyyat sistemləri (ƏS) üçün versiyasını istifadəyə verdi. “Nik Software” şirkəti tətbiqin “Android” platforması üçün versiyasını 2012-ci ilin yanvarında istifadəyə verib.

“Google” şirkətinin “Nik Software” firmasını satın alması “Facebook”un “Instagram” mobil tətbiqini satın alması sazişinə özünəməxsus cavab olub.

Hazırda “Google” şirkəti “Google+” sosial şəbəkəsinin həm stolüstü, həm də mobil versiyasının fotoxidmətini təkmilləşdirməyə ümid edir. Bu barədə şirkətin vitse-prezidenti Vik Qandotra bloqda yazıb.
“Nik Software” şirkətindən verilən məlumata əsasən, “Snapseed” tətbiqinin istifadəçilərinin sayı 9 milyonu ötür. Müqayisə üçün qeyd edək ki, “Instagram” mobil tətbiqinin auditoriyası 100 milyonu ötür.
 
EMİL




Baxış sayı: 1271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024