12px13px15px17px
Tarix:18/09/12

Yeni tədris ilində informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinə 35208 ədəd stolüstü kompyuter, 3209 ədəd noutbuk və 3209 ədəd proyektor verilmişdir.

Eyni zamanda təhsil müəssisələri "Mimio", "Promethean" və "Smart" şirkətlərinin istehsalı olan 300-ə yaxın interaktiv lövhələrlə təchiz edilmişdir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, hazırda 4522 ümumtəhsil məktəblərinin 83 faizi, 110 texniki-peşə müəssisələrinin 84 faizi və 56 dövlət orta ixtisas təhsil müəssisələri kompyuter avadanlığı ilə təmin olunmuşdur.

Orta təhsil müəssisələrində 20 şagirdə 1 kompyuter, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompyuter düşür. 2012-ci ilin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi sayının 1700-ə, "Elektron məktəb" layihəsi üzrə təhsil müəssisələrinin sayının 50-yə  çatdırılması nəzərdə tutulmuşdur.

"1 şagird : 1 kompyuter" layihəsi üzrə 2012-ci ilin sonunadək məktəblərə əlavə 200 netbuk veriləcəkdir. Bu günədək "Elektron məktəb" layihəsinə daxil olan 15 ümumtəhsil müəssisələrinə "1 şagird: 1 kompyuter" layihəsi çərçivəsində 2000 dən çox netbuk və simsiz genişzolaqlı, filtrasiyalı internetə çıxış imkanına malik olan USB tipli modemlər verilmişdir. 2012-ci  il tədris ilində kadr potensialı hazırlığı istiqamətində 13 890 inzibati-idarəetmə və pedaqoji heyətin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlər keçiriləcək. R
egionların orta ümumtəhsil məktəblərinin 2000 nəfər texniki heyəti üçün Məlumat Toplama Mərkəzindən istifadə üzrə təlimlər təşkil olunacaqdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə  İKT avadanlıqlarından və texniki vəsaitlərdən istifadəyə dair müəllimlər, şagirdlər və valideynlər üçün 250 ədəd  metodik vəsait hazırlanmışdır. Bu layihə çərçivəsində distant təlimə əlavə şagirdlərin cəlb olunması və onların zəruri texniki avadanlıqla, o cümlədən netbuklarla təminatı nəzərdə tutulmuşdur.

Videotexnologiyaların tədris prosesində daha geniş istifadəsi üçün "Tehsil.tv" videoportalının yaradılması və onlayn videoresursların yerləşdirilməsi üzərində işlər aparılır. Həmçinin elektron tədris resursları sahəsində "Young Digital Planet" şirkətinin "Universal Kurikulum" platforması üzrə elektron dərslərin hazırlanması və "İntel" şirkətinin "http://www.skoool.az/" portalının adaptasiyası planlaşdırılır.
 
HƏQİQƏT




Baxış sayı: 1168

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024