12px13px15px17px
Tarix:19/07/11

Artıq “Vikipedia” səhifələrində məqalələrə səs vermək olacaq

“Vikipedia” şəbəkə ensiklopediyasının səhifələrində məqalələrin reytinqini müəyyənləşdirmək olacaq. Yeni sistem ensiklopediya istifadəçilərinə resursdakı məqalələrin keyfiyyətini qiymətləndirməyə icazə verəcək. Lakin sistem yalnız ingilis dili bölməsində işləyəcək. “Article Feedback Tool” adını almış yeni funksiya fond daxilində keçən ilin sonundan yoxlanılır. Bu ilin may ayında sistem təxminən 100 000 ingilisdilli məqalə üçün işləyib. Məlumat üçün bildirək ki, ingilisdilli məqalələrin bazasının ümumi həcmi indi 4 milyon məqaləyə yaxınlaşır. Yeni məqalələrin hazırlanmasının orta sürəti gündə təxminən 370 000 təşkil edir.
Yeni funksiya bütün istifadəçilər üçün işlədikdə, o zaman hər hansı ingilisdilli məqaləyə baxdıqda istifadəçilər “Rate this Page” bölməsini görə biləcəklər. Bu bölmə məqaləyə 1-dən 5 ulduza qədər qiymət verməyə icazə verəcək. 5 ulduzlu məqalələr ən keyfiyyətlilər hesab olunacaq.
“Vikimedia Foundation”dan bildiriblər ki, yeni funksiyanın tətbiq edilməsinin bir neçə məqsədi var . Onlardan əsası məzmunun keyfiyyətini və istifadəçilər üçün ensiklopediyanın faydalılığını obyektiv qiymətləndirməkdir. Bundan başqa fond ən maraqlı mövzuları da müəyyənləşdirmək istəyir.


cybersecurity.ru



Baxış sayı: 1044

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024