12px13px15px17px
Tarix:19/09/12

Proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlər üçün “Həftə ərzində beşlik” layihəsinə start verilir

Proqramlaşdırma ilə məşğul olmaq istəyən, eləcə də  informatika üzrə müxtəlif müsabiqələrə hazırlaşan şagirdlər üçün nəzərdə tutulan “Həftə ərzində beşlik” layihəsi 2012-2013-cü tədris ilində də davam etdiriləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.e-olimp.com/” saytının rəhbərliyindən məlumat verilib. Saytdan bildirilib ki, layihənin ideoloji strukturu saxlanmaqla, onun bir qədər də təkmilləşdirilməsi və daha yüksək səviyyədə təşkili nəzərdə tutulub: “Verilən tapşırıqlar həftə ərzində tədricən mürəkkəbləşdiriləcək. Növbəti mövzu üzrə materialla bağlı çətinliklərlə qarşılaşanlar məyus olmasınlar.

Əvvəlcə cari “Beşlik”dən qismən ilk tapşırığın həllinə, daha sonra həftənin mövzularından bir neçə tapşırığın müstəqil seçilərək həllinə cəhd göstərilməlidir. Bunu saytın əsas menyusundan müvafiq ardıcıllıqla seçmək olar. Belə ki, “Tapşırıq siyahısı”, “Təsnifat”a keçid etdikdən sonra istənilən mövzunu seçmək mümkündür”.

“Həftə ərzində beşlik” layihəsi üzrə növbəti yenilik müsabiqənin başlanmasına qədər orada təklif olunacaq mövzular üzrə nəzəri faktların təqdim edilməsidir. Həmçinin bəzi baza alqoritmlərinin və ya hissələrinin təqdimatı da nəzərdə tutulur.

Layihənin sonunda istifadəçilərə alternativ həll yollarının təsvirini vermək üçün cəhdlərin göstərilməsi də tövsiyə edilir: “Adi tapşırıqların həllindənsə, bu zaman bacarıqların daha yaxşı, mükəmməl inkişaf etdirilməsi mümkündür. İstifadəçilər tərəfindən verilmiş ən maraqlı təhlillər müəllifliyi göstərilməklə əsas təhlillər bazasına yerləşdiriləcək. Layihə çərçivəsində iştirakçılara bu sahədə daha təcrübəli tenderlərlə təcrübə mübadiləsinə şərait yaradılması da planlaşdırılır.

Qeyd edək ki, proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlər “e-olimp.com” saytından hərtərəfli faydalana bilərlər. Belə ki, artıq bu saytın 4 dilindən biri də Azərbaycan dilidir. Şagirdlər özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb sayta göndərirlər. Saytın yoxlama sistemi mövcuddur ki, onun vasitəsilə məsələnin düzgün və ya səhv həll olunması barədə məlumat gəlir. Artıq saytda 400 məsələ istifadəçilər üçün Azərbaycan dilinə tərcümə də edilib.
 
HƏQİQƏT




Baxış sayı: 1551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024