12px13px15px17px
Tarix:19/07/11

Vergi sistemində İKT-nin tətbiqindən sonra vergi daxilolmaları artıb

Vergi orqanlarının qarşısında qoyulan ən vacib tələblərdən biri də vergi potensialının yerlərə getmədən müəyyən edilməsidir. Məlum olduğu kimi, vergi sistemində informasiya - kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsindən sonra kameral vergi yoxlamalarına nəzarətin həyata keçirilməsi avtomatlaşdırılmışdır. Bu sahədə aparılmış məqsədə uyğun işlərin nəticəsi olaraq, cari ilin 5 ayı ərzində vergi orqanları tərəfindən kameral vergi yoxlamaları ilə 97,6 milyon manat əlavə vəsait hesablanmışdır ki, bu da daxilolmaların 3,9 faizini təşkil edir. Ötən dövrdə «İqtisadi sahələr üzrə kameral vergi yoxlamaları zamanı əlavə təhlillərin aparılması barədə» Metodiki Tövsiyələrə uyğun olaraq kameral vergi yoxlamalarının aparılmasına başlanılıb və bu sahədə vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsinə nail olunub.



Baxış sayı: 1081

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024