12px13px15px17px
Tarix:19/09/12

“Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

19 noyabr 2012-ci il tarixdə saat 10:00-da AMEA Rəyasət Heyətində AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda V beynəlxalq konfrans öz işinə başlayacaq.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, üç gün davam edəcək konfransda dünyanın bir sıra ölkələrindən alimlərin iştirakı gözlənilir. Beynəlxalq tədbirdə həmçinin dünyanın qabaqcıl elmi mərkəzlərində nüvə enerjisi sahəsində çalışan əslən azərbaycanlı olan alimlər də məruzələrlə çıxış edəcəklər.

Konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.


 
HƏQİQƏT




Baxış sayı: 873

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024