12px13px15px17px
Tarix:20/09/12

“Comphistory.info” saytı istifadəyə verildi

2012-ci il sentyabrın 20-də “http://www.comphistory.info/” saytı rəsmi olaraq istifadəyə verildi. Layihə kompyuter tarixi ilə bağlı məlumatları bir yerə toplamaq məqsədilə hazırlanıb.

Kompyuter tarixinin zaman şkalası (http://www.comphistory.info) hazırda 1939-cu ildən 2012-ci ilədək olan kompyuter tarixini araşdırır. Gələcəkdə 1939-cu ilədək məlumatları sayta daxil etmək planlaşdırılır. Həmçinin qeyd edim ki, 1939-2012-ci illəri əhatə edən zaman şkalasında hələ ki bəzi illər aktiv deyil (məlumat yazıldıqda aktivləşəcək). Kompyuter tarixinin zaman şkalası il və kateqoriya üzrə hazırlanıb. İl və ya kateqoriyalardan hər hansı birinə klik etdikdə siz həmin il və ya kateqoriya ilə bağlı məlumatın olduğu səhifəyə daxil olacaqsınız. Hər bir il kompyuter dünyasında baş vermiş mühüm yeniliklərin rəsmli təsvirindən ibarətdir.

Layihə “http://www.computerhistory.org/timeline/” saytının ideyası əsasında hazırlanıb.Layihənin rəhbəri “ICTnews” elektron xəbər xidmətinin əməkdaşı  Emil Hüseynovdur.
 
EMİL 
 




Baxış sayı: 1565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024