12px13px15px17px
Tarix:20/09/12

“Bank Standard” “iPhone” mobil telefonları üçün hazırlanmış tətbiqi proqramın imkanlarını genişləndirib

Bundan sonra “iPhone” üçün tətbiqi proqram vasitəsilə istifadəçilər “Bank Standard”ın əmanət və kredit məhsulları, həmçinin bankın keçirdiyi uduşlu kampaniyalar haqda ətraflı məlumat əldə edə və valyuta kurslarını öyrənə bilərlər. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə,
proqram, həmçinin xəritədə bankın yaxınlıqdakı filial və bankomatlarının dəqiq yerini, GPS koordinatlarını göstərməklə istifadəçilərə onları asanlıqla tapmaqda kömək edir.

Bundan əlavə, “Bank Standard”ın tətbiqi proqramı müştərilərə bankın filiallarına zəng etməklə bankla əlaqə yaratmaq imkanı yaradır.

Qeyd edək ki, bankın bir çox müştəriləri adı çəkilən proqramın imkanlarından artıq yararlanıblar. Qısa vaxt ərzində bankın tətbiqi proqramı 350-yə yaxın “iPhone” istifadəçisi tərəfindən yüklənib.
Tətbiqi proqramı “Apple Store”-dan bu link vasitəsilə yükləmək olar:

http://itunes.apple.com/


 
CAHANGİR



Baxış sayı: 1417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024