12px13px15px17px
Tarix:20/09/12

“Apple” şirkəti “iOS 6” platformasını istifadəyə verib

“Apple” şirkəti sentyabrın 19-da “iOS 6” əməliyyat sistemini (ƏS) istifadəyə verib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iOS 6” platformasını “iPhone 3GS”, “iPhone 4” və “iPhone 4S” smartfonları, dördüncü nəsil “iPod touch” pleyerləri, ikinci və üçüncü nəsil “iPad” planşetlərinin sahibləri quraşdıra bilərlər. Sentyabrın 21-də istifadəyə veriləcək “iPhone 5” smartfonu “iOS 6” platformasını istifadə edir.

“Apple” şirkəti “iOS 6” platformasına 200-dən çox yeni funksiya əlavə edildiyini bildirib. Onlara yeni xəritələr, “Facebook” ilə inteqrasiya, endirim kupon və biletlərinin saxlanılması üçün “Passbook” tətbiqi aiddir.







EMİL




Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024