12px13px15px17px
Tarix:21/09/12

Növbəti tədris ilindən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mütəxəssis və tələbələri Azərbaycanda təhsil ala bilər

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini, səfir Əbdül Moiz Buxari ilə görüşüb. Səfir ötən il "Bakutel-2011" sərgisi çərçivəsində İƏT-in Elm, Texnologiya Komitəsinin (COMSTECH) Bakıda keçirilən iclasını yüksək qiymətləndirib və Azərbaycanın İƏT-in Elm, Texnologiya, İnnovasiya Təşkilatına (STİO)  üzv olmasının gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacağını vurğulayıb. Son illər ölkəmizdə elm, texnologiya, innovasiya sahəsində görülmüş işləri də yüksək dəyərləndirən Əbdül Moiz Buxari bu işlərin islam aləmində də xüsusi rəy topladığını, həmin ölkələrin Azərbaycanı bu regionun mərkəzi kimi gördüyünü diqqətə çatdırıb.

Gələcəkdə İƏT-in ixtisaslaşmış təşkilatına çevriləcək STİO-ya Azərbaycanın üzv olacağı təqdirdə liderlik mövqeyini öz əlində cəmləşdirəcəyini də vurğulayan baş katibin  müavini ölkəmizin təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün  təşviq olunduğunu  bildirib.

Səfir Əbdül Moiz Buxarinin ölkəmizə təkrar səfərindən məmnunluğunu ifadə edən nazir Əli Abbasov hazırda Azərbaycanın STİO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və  daxili prosedurlar başa çatdıqdan sonra bu haqda yekun qərarın veriləcəyini bildirib. Eyni zamanda nazir bildirib ki, Azərbaycanın İKT sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün müvafiq prosedurlara başlanacaq.  

Daha sonra cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Əbdül Moiz Buxari Azərbaycan tərəfinin növbəti illərdə İƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə elm və texnologiyaya həsr olunmuş tədbirinin  Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini  təklif edib.

Nazir isə öz növbəsində BMT  və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısına, "Bakutel" sərgi-konfransına İƏT-in rəhbərliyini dəvət edib.




Baxış sayı: 1091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024