12px13px15px17px
Tarix:21/09/12

“Android” platformasının 4 yaşı tamam oldu

“Google” şirkəti bu həftənin bazar günü “Android” əməliyyat sisteminin (ƏS) dördüncü ad gününü qeyd edəcək; məhsulun birinci sabit versiyası 2008-ci il sentyabrın 23-də işıq üzü görüb. Məlumat üçün bildirək ki, bu ƏS-i ilk əvvəl “Android Inc” şirkəti tərəfindən yaradılıb. Daha sonra bu şirkət “Google” tərəfindən satın alınıb. “Android” şirkətinin əsası 2004-cü ilin oktyabrında Riçard Miner, Endi Rubin, Nik Sirs və Kris Uayt tərəfindən qoyulmuşdu. Endi Rubin hazırda “Google”-da “Android” hazırlamalarına rəhbərlik edir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti “Android” ƏS-nin yaradılmasından sonra “Open Handset Alliance” (OHA) ittifaqının yaradılmasına təşəbbüs etdi. Bu ittifaq hazırda da platformanın dəstəklənməsi və sonrakı inkişafı ilə məşğul olur. 2012-ci ilin ikinci rübünə olan məlumata əsasən, “Android” platformasının smartfon bazarında payı 64,1 faiz təşkil edir və o liderdir. 2012-ci il ikinci rübün nəticəsinə görə dünyada təxminən 104,8 milyon belə smartfon satılıb.

“Android” platforması ilə işləyən birinci qurğu “HTC” şirkətinin istehsalı olan “HTC Dream” smartfonu olub. O, 2008-ci il sentyabrın 23-də təqdim edildi. Planşetlər üçün nəzərdə tutulmuş “Android 3.0 Honeycomb”-in çıxarılması ilə əlaqədar bir çox istehsalçılar bu platforma ilə işləyən planşet istehsal etmək niyyəti haqqında elan etdilər.

“Android” ƏS-ni smartfon və planşetlərdən savayı, digər qurğulara da quraşdırırlar. Belə ki, 2009-cu ilin sonunda satışa “Android” platforması ilə işləyən birinci fotoçərçivə çıxarıldı. 2011-ci ilin iyununda İtaliyanın “Blue Sky” şirkəti “Android” ƏS-i ilə işləyən “i'mWatch” adlı intellektual ələ taxılan saat istehsalını elan etdi. 2012-ci ilin avqustunda “Nikon” dünyada bu platforma ilə işləyən birinci fotokamera təqdim edib.
 
EMİL




Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024