12px13px15px17px
Tarix:21/09/12

Xaçmazda internet istifadəçilərinin sayı 2 min 100 nəfərə çatıb

Xaçmazda əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədi ilə ardıcıl iş aparılır. Bu barədə “ICTnews”  elektron xəbər xidmətinə Xaçmaz TKQ-dan məlumat verilib. Məlumatda bildirilir ki, “Aztelekom”, “Data+”, “Azəronline”,  “Q-telekom” provayderlərinin portları genişzolaqlı internet xidmətinə qoşulmuş və internet istifadəçilərinin sayı 2 min 100 nəfərə çatıb.

Rayonun Aşağı Zeyid, Hacəlibəy, Armudpadar kəndlərində yüksək sürətli internetə çıxışı təmin etmək üçün avadanlıq quraşdırılıb.

Cari ilin 9 ayı ərzində 270 abonentə telefon xətti çəkilmiş, əhaliyə 437 min 200 manat dəyərində rabitə xidmətləri göstərilib.





RƏVAN




Baxış sayı: 1308

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024