12px13px15px17px
Tarix:21/09/12

DQİDK rəsmi sayt yaratmaq üçün müraciət etdi: Təkliflərinizi verin!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbul olunması və loqo seçimi üçün müsabiqə elan edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında DQİDK-nın mətbuat katibi Orxan Əli bildirib ki, ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirmək üçün qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıq edir.

Belə ki, Dövlət Komitəsinin loqo müsabiqəsinin təşkili «Müasir İnkişaf» İctimai Birliyinə həvalə edilib.
Loqonun konsepsiyası barədə məlumat verən İctimai Birliyin sədri Mübariz Göyüşlü qeyd edib ki, loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgəyaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm edən, dünyaya nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir.

Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar öz əksini tapmalıdır. Loqonun kriteriyalarına gəlincə isə 35 yaşa qədər, yaradıcı və aktiv gənclər müsabiqədə iştirak edə bilər. M.Göyüşlü onu da qeyd edib ki, loqonun eskizi A4 formatda kağızda və CD disk şəklində təqdim edilməlidir: «Loqonun müsabiqəsinin qalibi 500 manat və Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılacaq».

Daha sonra O.Əli  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəsmi saytının hazırlanması ilə bağlı açıqlama verib və  bildirib ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq şəkildə tapması üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib. O.Əli onu da qeyd edib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini qeyd edə bilərlər: «Mən jurnalistlərə və eləcə də sayt işini bilənlərə bildirirəm ki, onlar da komitənin hazırlayacağı sayt üçün öz təkliflərini bizə təqdim edə bilərlər».

Mətbuat katibi DQİDK-nin “Facebook” və “Twitter”də rəsmi səhifələrinin yaradıldığını da bildirib, fikir və təkliflərin orada əks oluna biləcəyini vurğulayıb.

SEYMUR




Baxış sayı: 1843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024