12px13px15px17px
Tarix:22/09/12

11 yaşlı məktəbli qız 20 min dollar dəyərində mükafata layiq görülüb

ABŞ-da yaşayan altıncı sinif şagirdi müsabiqədə qalib gəlib. Müsabiqənin şərtlərinə görə, iştirakçılar sürücüləri sükan arxasında SMS yığımından yayındıran tətbiq fikirləşməli idilər. 11 yaşlı Viktoriya Uolker "Rode Dog" tətbiqinə görə 20 min dollar dəyərində mükafata layiq görülüb. Belə ki, sürücülər sükan arxasında mesaj yazmaq istədikdə tətbiq onları it səsi ilə bu fikirdən daşındırır.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Viktoriya Uolker – yalnız ideyanın müəllifidir, onun həlli ilə proqramçılar məşğul olacaqlar. "Rode Dog" tətbiqinin  ilin sonunadək "iOS", "Android" və "Windows Phone" platformaları üçün yaradılacağı gözlənilir.






 
EMİL




Baxış sayı: 868

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024