12px13px15px17px
Tarix:24/09/12

Xüsusi cihaz və avadanlıqlarla təchiz edilmiş mobil laboratoriya ilə muzey eksponatları üzərində əyar prosedurları aparılır

Azərbaycan ərazisində fəaliyyət göstərən muzeylərin müraciətlərinə əsasən, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti (QMQDNDX) qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin 2012-ci ilin sonunadək yeni binaya köçürülməsi ilə əlaqədar muzeydə mühafizə olunan “zərgərlik məmulatları”ndan ibarət kolleksiyada mövcud olan 800-ə qədər eksponatın ekspertizasının aparılması, əyarının və çəkisinin müəyyən edilməsi zərurətini nəzərə alaraq, QMQDNDX-in mütəxəssislərindən ibarət İşçi Qrupu təşkil edilib. İşçi Qrupu xidmətə məxsus xüsusi cihaz və avadanlıqlarla təchiz edilmiş mobil laboratoriya ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ərazisində qiymətli eksponatların ekspertizasının, əyarının və çəkisinin müəyyən edilməsi prosedurlarını aparır.




 
HƏQİQƏT




Baxış sayı: 3092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024