12px13px15px17px
Tarix:24/09/12

“İnnovasiya texnologiyalarının transferi” mövzusunda beynəlxalq seminar keçiriləcək

Əqli Mülkiyyət və İnnovasiya İctimai Birliyi Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə 23-24 oktyabr 2012-ci ildə “İnnovasiya texnologiyalarının transferi” mövzusunda beynəlxalq seminar keçirəcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib. Akademiyadan bildirilib ki, beynəlxalq seminarın keçirilməsində məqsəd elmi nəticələrin və yeni texnologiyaların kommersiyalaşdırılması yolu ilə Azərbaycanda innovasiya fəaliyyətini iqtisadiyyatın inkişafında əsas faktorlardan birinə çevirməkdir.

Beynəlxalq seminarda Azərbaycan, ABŞ, Kanada, İsrail, Rusiya, Bolqarıstan, Ukrayna və Belarusdan alim və mütəxəssislərin məruzələri dinləniləcək: “Təşkilat Komitəsinin qərarına əsasən, AMEA-nın elmi-tədqiqat institutları, universitetlər və istehsal müəssisələrində yeni texnologiyaların tətbiqinə cavabdeh olan alim və mütəxəssislər, innovasiya sahibkarlığı sahəsində fəaliyyət göstərən şəxslərin iştirak edəcəyi seminarda müvəffəqiyyətlə iştirak etmiş şəxslərə müvafiq sertifikatlar veriləcək”.  

Beynəlxalq seminarda iştirak etmək istəyənlər “Qeydiyyat forması”nı (Soyadı, adı, atasının adı, təşkilatın tam adı, vəzifəsi, elmi dərəcəsi və adı, təşkilatın ünvanı (poçt indeksi göstərilməklə), ölkə, iş telefonu, e-mail) doldurub 2012-ci il oktyabrın 5-dək seminarın Təşkilat komitəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, seminar Azərbaycan, ingilis və rus dillərində keçiriləcək. Təşkilat komitəsi ilə (+994 12) 492-84-48, (+994 12) 492-66-70 telefonları ilə və ya e-mail: “paipi@box.az” adresi ilə əlaqə yaratmaq olar.

HƏQİQƏT




Baxış sayı: 1479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024