12px13px15px17px
Tarix:01/06/11

Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq

Oktyabr ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək “CeBIT Bilişim Eurasia 2011” beynəlxalq informasiya texnologiyaları sərgi və konfransına Azərbaycan tərəfdaş ölkə kimi dəvət alıb. Bu barədə İCTNewsin suallarına cavab verən Türkiyə Telekommunikasiya Qrumunun rəhbəri Tayfun Acarerin bildirib. O bildirib ki, “CeBIT Bilisim Eurasia” regionun ən iri informasiya-kommunikasiya texnologiyaları (İKT) sərgisidir və Azərbaycan artıq bir neçə ildir ki bu mühüm tədbirlə iştirak edir.
Qeyd edək ki, ötən il rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti “CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisində iştirak edib və ölkəmizin milli pavlionunda Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə təmin edəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer tutub. Həmçinin sərgidə Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması və həmçinin, təhsil və digər sahələrdə İKT-nin tətbiqinə dair layihələr də təqdim olunmuşdur.





Baxış sayı: 3240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024