12px13px15px17px
Tarix:26/09/12

Bakıətrafı qəsəbələrdə yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihə maliyyələşdirilib

İqtisadi İnkişaf Nazirliyinin (İİN) göstərdiyi elektron xidmətlərlə bağlı sahibkarların məlumatlandırılması davam edir. Bu istiqamətdə növbəti tədbir nazirliyin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.  Daha sonra İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər nəticəsində lisenziya və sertifikatların alınması, eləcə də icazələrin elektron informasiya portalı (http://www.icazeler.gov.az/) barədə sahibkarlara ətraflı məlumat verilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2003 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,3 milyon manatdan çox güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur:  “2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihənin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib. Bu layihələrdən 18-i artıq başa çatdırılıb”.
 
HƏQİQƏT
 




Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024