12px13px15px17px
Tarix:27/09/12

“Microsoft”un Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Səbinə Pərvizi “Microsoft Azərbaycan” şirkətinin marketinq meneceri vəzifəsinə təyin edildi. Bu barədə şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən xəbərdə bildirilir. Məlumatda bildirilir ki, S.Pərvizi artıq bir neçə gündür  vəzifəsinin icrasına başlayıb. “Microsoft Azərbaycan” şirkəti “Microsoft” korporasiyasının daim inkişaf edən bölmələrindən biridir.

Bu təyinatdan əvvəl S.Pərvizi “Hewlett-Packard” şirkətinin Azərbaycandakı nümayəndəliyinin marketinq meneceri vəzifəsində çalışıb. “HP”-də çalışdığı müddət ərzində o, şirkətin uğurlu marketinq siyasətinin həyata keçirilməsində böyük əməyi olanlardandır

1975-ci ildə təsis edilmiş “Microsoft” şirkəti (Nasdaq “MSFT”) insanlara və bizneslərə öz tam potensiallarının reallaşdırılmasına köməklik edən proqram təminatı, xidmətlər və həll yolları sahəsində dünyada liderdir.







 
RƏVAN




Baxış sayı: 1594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024