12px13px15px17px
Tarix:27/09/12

Bundan sonra «kompüter»

Sözlərin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğəti yenidən hazırlanıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli mətbuata verdiyi açıqlamasında danışıb. O bildirib ki, yeni orfoqrafiya lüğəti əvvəlkindən çox fərqlənəcək.

Burada rus dilindən alınma və sonu rus dilində olduğu kimi, "a" ilə bitən bır sıra sözlərdə "a" hərfi götürüləcək. Məsələn, "metafora" sözü metafor, "marfema" sözü marfem kimi yazılacaq. Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılmalıdı: « "Şeir" sözü "i" ilə yazılırdı, amma "feil" sözündə isə "i" saiti yazılmırdı. İndi "feil" sözündə "i" saiti də yazılacaq".




SEYMUR




Baxış sayı: 872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024