12px13px15px17px
Tarix:27/09/12

“Google Play” mağazasından yüklənilən tətbiqlərin sayı 25 milyardı ötüb

İstifadəçilər “Google Play” (əvvəlki “Android Market”) mağazasından 25 milyarddan çox müxtəlif tətbiq yükləyərək öz mobil qurğularına quraşdırıblar.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, mağaza 1 milyard yüklənmiş tətbiq həddinin öhdəsindən 2010-cu ilin ortasında gəlib. Qeyd edək ki, “Google Play” mağazasından 10 milyardıncı tətbiq 2011-ci ilin dekabrın əvvəlində yüklənmişdi. Hazırda istifadəçilər hər ay mağazadan təxminən 1.5 milyard mobil tətbiq yükləyirlər.

“Google Play” administrasiyası bu hadisə ilə bağlı populyar oyun tətbiqlərinin satışı üzrə aksiya həyata keçirməyi planlaşdırır, lakin  hazırda bu barədə informasiya yoxdur.





 
EMİL




Baxış sayı: 1331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024