12px13px15px17px
Tarix:28/09/12

“Google” “YouTube”-dan video köçürməyə imkan yaradıb

"YouTube" istifadəçiləri resursa yüklədikləri çarxları kompüterə yükləmək imkanı əldə ediblər. Yeni funksiya "Takeout" (Arxivator) adlanır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, çarxları yükləmək üçün https://www.google.com/  xidmətinə keçərək "YouTube" nişanına, bundan   sonra "Arxiv yaratmaq" düyməsinə sıxmaq lazımdır. Bu proses müəyyən vaxt ala bilər, ona görə xidmət prosedur bitdikdə sizə bu barədə elektron poçt vasitəsilə xəbərdarlıq edəcək.
 
Məlumat üçün qeyd edək ki, "Arxivator" xidməti 2011-ci ilin iyununda istifadəyə verilib. O, istifadəçilərə öz məlumatlarını bir arxivdə yükləməyə imkan yaradır. İnformasiyanı "Google Drive" "bulud" xidmətindən, "Picasa"dan və digərlərindən yükləmək olar.
 
EMİL




Baxış sayı: 1344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024