12px13px15px17px
Tarix:28/09/12

“Onlayn jurnalistika”, “Multimedia jurnalistika” kimi yeni media fənlərinin tədrisi ilə bağlı təlimlər keçirilib

Bakı Dövlət Universitetində Amerikanın "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası"nın (IREX)  Azərbaycan nümayəndəliyinin  təşəbbüsü və xarici mütəxəssislərin  iştirakı ilə təlim keçirilib. Jurnalistika fakültəsində yeni media fənlərini ("Onlayn jurnalistika", "Multimedia jurnalistika", "Sosial media" və "Yeni mediaya giriş") tədris edən  müəllimlər üçün  təşkil edilən təlim  "Azərbaycan Yeni Media" layihəsi çərçivəsində baş tutub. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən – Osman Gündüz, Aynur Kərimova, Könül Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova, Qərb Universitetindən Günel Bilalova, Azərbaycan Universitetindən Lalə Dilanova, Xəzər Universitetindən Cabir Məmmədli, Vəfalı Ənsərov, Naxçıvan Dövlət Universitetindən Seyid Surə, Şəhla Şirəliyeva, Odlar Yurdu Universitetindən İbadət Məmmədov da iştirak edib.

Qeyd edək ki,  İREX beynəlxalq humanitar təşkilat  olaraq 1998-ci ildən Azərbaycanda nümayəndəliyini təsis edib.  Azərbaycanda  təhsilin və medianın  inkişafına dəstək məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi müxtəlif proqramlar həyata keçirir.
 
HƏQİQƏT




Baxış sayı: 1146

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024